Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılmışdır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button