Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılmışdır.



