Ötən gün ölkədə 10 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının yanvarın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,7 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button