Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb
Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər.
Bu barədə Polise.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Həmçinin keçirilən tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron darağı, 1195 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Polise.az