Ötən il cinayət işləri üzrə özgə əmlakına 131 milyon manat ziyan vurulub

Ötən il istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunub.

Polise.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button