Ötən il Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb

2023-cü ildə Naxçıvan polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində, ümumilikdə, 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna muxtar respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bununla belə daxil olan məlumatlara əsasən, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur.

Azərbaycan Respublikasının daxili işlər nazirinin qanunsuz saxlanılan odlu silahları təhvil verməklə bağlı çağırışını bir daha vətəndaşların nəzərinə çatdırır, odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyə edirik”, – deyə nazirlikdən bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button