Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb
Saatlı rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a bildirilib ki, onun üstünə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polise.az