Özbəkistanda Atom Enerjisi Agentliyi yaradılacaq
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Atom Enerjisi Agentliyi yaradılır.
Polise.az-ın məlumatına görə, Nüvə Energetikasının İnkişafı Agentliyinin bazasında yeni yaradılan struktur Energetika Nazirliyindən alınaraq Nazirlər Kabinetinin yurisdiksiyasına veriləcək.
Agentlik nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində dövlət siyasətinə rəhbərlik edəcək.
Polise.az