Özünü dənizə atan şəxs polis əməkdaşlarının çevikliyi sayəsində xilas edildi
Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib. Həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub.
Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.
Araşdırma aparılır.



