Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib
Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər.
Polise.az xəbər verir ki, bu barədə “Visanews” məlumat yayıb.
Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.
Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də işgüzar məqsədlər üçün pulsuz veriləcək.
Polise.az