Pakistan Baş naziri Məkkəyə hücuma görə xəbərdarlıq etdi

Pakistanın Baş naziri Şahbaz Şərif Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Məkkə şəhərinə hücum cəhdini pisləyib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Məkkədəki müqəddəs məkanlara dronlarla hücum cəhdini qətiyyətlə pisləyirəm. Pakistan Səudiyyə Ərəbistanının suverenliyinin və ərazi bütövlüyünün, eləcə də müqəddəs məkanların təhlükəsizliyinin müdafiəsində onun yanında dayanır.”

Bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırıram. Dialoq və diplomatiya sülhə nail olmağın yeganə davamlı yoludur”, – Şahbaz Şərif vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button