Pakistan Hindistana nota verdi

Pakistan Hindistan səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətinə görə “persona non qrata” (arzuolunmaz şəxs”) elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.

“Bu qərar diplomatik normalara uyğundur və Pakistanın öz suverenliyini qoruyub saxlamaq öhdəliyini əks etdirir”, – XİN-dən deyilib.

Hindistanın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona müvafiq nota verilib.

Adı və vəzifəsi açıqlanmayan Hindistan səfirliyinin əməkdaşı 24 saat ərzində Pakistanı tərk etməlidir. Qərar Hindistanın çərşənbə axşamı Pakistanın Dehlidəki səfirliyinin əməkdaşını “persona non qrata” elan etməsinə cavab olaraq qəbul olunub.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button