Pakistan Hindistana xəbərdarlıq edib – Daha dağıdıcı olacaq

Pakistan ordusu Hindistan rəhbərliyinin “təxribatçı” bəyanatlarından narahatlığını ifadə edib.
Teleqraf xəbər verir ki, Pakistan xəbərdarlıq edərək nüvə rəqibləri arasında növbəti münaqişənin “kataklizmik dağıntıya” səbəb ola biləcəyini bəyan edib.
Bu bəyanat Hindistan ordusunun generalı Upendra Dvivedinin İslamabada növbəti dəfə təmkin nümayiş etdirilməyəcəyi və dünya xəritəsində öz yerini saxlamaq istəyirsə, terroru “dəstəklənməsini” dayandırmalı olduğu xəbərdarlığından sonra verilib.
Polise.az



