Pakistan Silahlı Qüvvələri “Taliban”ın 352 döyüşçüsünü zərərsizləşdirib

Əfqanıstanın Pakistan qüvvələri ilə toqquşmalarda həlak olan hərbi qulluqçularının sayı azı 352 nəfərə çatıb, 535-dən çox şəxs yaralanıb.

“Report” xəbər verir ki, bunu Pakistanın informasiya naziri Əttaulla Tarar “X” sosial şəbəkəsində açıqlayıb.

Onun sözlərinə görə, qonşu ölkənin ərazisindəki 41 obyektə hava zərbələri endirilib. Pakistan ordusu 130 əfqan məntəqəsini məhv edib, daha 26-sı nəzarət altına alınıb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri “Taliban”ın 171-dən çox zirehli texnikasını vurub.

Daha əvvəl toqquşmalarda 331 əfqan hərbçinin həlak olduğu bildirilmişdi.

Fevralın 26-da axşam saatlarında Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini bəyan edib. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsi ilə Əfqanıstandakı “Taliban” hökumətinin açıq silahlı qarşıdurma vəziyyətində olduğunu bildirib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button