Pakistan və Hindistan razılaşdı: Qoşunlar geri çəkilir

Pakistan və Hindistan may ayının sonuna qədər qoşunlarını silahlı münaqişə başlamazdan əvvəl tutduqları mövqelərə geri çəkməyə razılaşıblar.

Teleqraf xəbər verir ki, bu barədə “AFP” agentliyi mənbələrə istinadla məlumat yayıb.

“Mayın sonunadək qoşunlar münaqişədən əvvəl tutduqları mövqelərə çəkiləcək”, – adı açıqlanmayan Pakistan təhlükəsizlik rəsmisi nəşrə bildirib.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlisinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham etsə də Pakistan bunu qəti şəkildə rədd edir.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib. Pakistan Hindistanın mayın 10-dakı hərbi zərbələrinə də sərt şəkildə cavab verib.

Mayın 20-də ABŞ-nin vasitəçiliyi ilə tərəflər arasında dərhal qüvvəyə minən atəşkəs razılaşması əldə edilib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button