Pakistanın baş naziri: Allah sizi bu qardaşlığa görə mükafatlandıracaq

“Azərbaycan vaxtilə Ermənistan tərəfindən hücuma məruz qalıb, o zaman Türkiyə və Pakistan Azərbaycanın yanında olub”.

Teleqraf xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.

“Paksitan Hindistan tərəfindən hücuma məruz qaldı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bizi dəstəklədilər. Üç qardaş ölkə bir ailə olaraq çətin zamanda bir araya gəldilər. Biz bunu heç vaxt unutmayacağıq. Buna görə əziz qardaşım Rəcəb Tayyib Ərdoğana və əziz qardaşım İlham Əliyevin verdiyi dəstəyi heç vaxt unutmayacağıq. Allah sizi bu qardaşlığa görə mükafatlandıracaq. Bu səmimi dəstəyə görə təşəkkür edirəm. Bu üçtərəfli görüş çox səmərəli idi və bizi çox ruhlandırdı. Biz bir çox məsələləri müzakirə etdik. Bununla yanaşı hər iki qardaş ölkə Cammu və Kəşmir məsələsində bizə dəstək göstərdilər. Təəssüf ki, yenə də orada qan tökülür. Onilliklərdir ki, zülmə qarşı mübarizə aparırıq. Biz hər zaman qətiyyətliyik və heç vaxt təslim olmayacağıq”, – deyə Ş.Şərif deyib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button