Pakistanın Baş naziri Azərbaycana səfər edəcək

Pakistan tərəfi Cənubi Qafqaz regionunda atacağı hər bir addımı və həyata keçirəcəyi layihələri mütləq şəkildə Azərbaycanla müzakirə edir.
Bunu Teleqraf-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.
“Qardaş Azərbaycanla müzakirə aparmadan Ermənistanla heç bir inkişaf addımı atılmayacaq. Bizim prioritetimiz hər zaman Azərbaycan olub və belə də qalacaq. Pakistan tərəfindən atılan hər bir addım rəsmi Bakı ilə məsləhətləşmələr çərçivəsində həyata keçiriləcək”, – o qeyd edib.
Səfir həmçinin bildirib ki, iki ölkə arasında rəsmi təmaslar qarşıdakı aylarda daha da intensivləşəcək:
“Belə ki, bu ilin may ayında Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək məqsədilə Pakistanın Baş naziri Şahbaz Şərifin Bakıya səfəri planlaşdırılır”.
Polise.az



