Pakistanla Əfqanıstan arasında atəşkəs müddəti başa çatdı

Pakistan və Əfqanıstan arasında atəşkəs müddəti bu gün axşam başa çatıb. Tərəflərdən heç biri atəşkəsin uzadılması barədə açıqlama verməyib.
Polise.az xəbər verir ki, martın 20-də Əfqanıstan Baş Qərargah rəisi Qari Fasihuddin Fitrat Pakistan qüvvələrinin atəşkəsi pozduğunu bildirib. O, Pakistanın sərhəd bölgələrindəki hücumları nəticəsində bir neçə mülki şəxsin öldüyünü iddia edib. İslamabad atəşkəsin pozulması ittihamını rədd edib.
Fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb.
Martın 18-də İslamabad və Kabil Ramazan bayramı münasibətilə beş günlük atəşkəs elan edib. Tərəflər bu qərarın Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin vasitəçiliyi ilə verildiyini bildiriblər.
Polise.az



