Pandemiya – görünməz düşmənə qarşı döyüşən generallar seriyasından Sədaqət Andı… – 2-ci yazı

…Bütün bunlardan sonra Akademik Petruş dayandı. Yenə Peyğəmbərimizi xatırlatdı. Qurani-Kərimin 114-cü surəsinin 6-cı ayəsini xatırlatdı: “…Şeytanlar insandan da olur…”.
Mən artıq general Akademik Pavel İvanoviç Petuşun keçdiyi həyat yolunu xatırlamağa çalışdım. O, 1951-ci ildə vəfat edən və Qurani-Kərimi rus dilinə tərcümə edən Akademik İ.J.Kraçkovskinin ən yaxın qohumlarından idi… General, Leninqradda Elmi-Tədqiqat İnstitutunun direktoru, Akademik həmçinin o vaxt SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri J.B.Andropovun nəslindən idi. (baxmayaraq ki, J.B.Andropov uşaq evində böyümüşdü).
Heç birimiz yorulmamışdıq. Əksinə, daha çox söz eşitmək istəyirdim. Akademik, kəşfiyyat generalı bir maraqlı sirrin də üstündə dayandı. Heydər Əliyev ailəsinin ən böyük və unudulmaz itkisini xatırlatdı. Akademik Zərifə xanım Əliyevanın nəşinin Moskvadan gətirilərək Bakıda – Fəxri Xiyabanda dəfn olunmasından… Dedi ki, ötən əsrin 50-ci illərində general J.B.Andropovun Moskvaətrafı bağı üçün İraqda-Bağdadda təcrübədə olan Kraçkovski Kərbəla bağlarında əkilmiş qızılgül kollarından bir topasını gətirmişdi. O qızılgül kollarını Andropovun bağında basdırdı… Bu gül kolları – Kərbəla qızılgül kolları həm rənginə, ətrinə görə dünyada yeganə qızılgül sortudur… Akademik Zərifə xanım Əliyevanın dəfnindən sonra onun məzarı ətrafında Moskvadan Quranı rus dilinə tərcümə edən J.Kraçkovskinin və general J.Andropovun bağlarındakı qızılgül kollarından gətirilib əkildi. Bütün bunları təşkil edən, məzar önündə ilk təzim edən generallardan biri məhz Kəmaləddin Heydərov idi. “O, Zərifə xanımı anası qədər çox sevirdi…”. Bunu da Akademik, general İvan Pavloviç Petruşev dedi… Çünki həm gül kollarını Moskvadan gətirən, Fəxri-Xiyavanda əkənlərdən biri də özü idi…
General Kəmaləddin Heydərov ağlagəlməz bu addımı ilə, bu hörmət və ehtiramı ilə bir addım da “Əliyevlər ailəsi”nə yaxın gəldi.
Akademik İvan Pavloviç iddia edir ki, general-polkovnik Kəmaləddin Heydərov həm də fitri-istedad sahibdir. Onlarla mahnının müəllifidir. Mən bütün bunları fədakarlıq, comərdlik sayıram. Lakin onun belə xeyirxahlıqları, dosta, ali ailəyə sədaqəti bəzilərini qıcıqlandırır. Bu təbiidir. Məsələn, İtalyan filosofu Maruavelli Nirrolo (1469-1527) yazır: “…insanların alçaqlığı, mənəvi düşkünlüyü son həddinə çatanda tale işə qarışır və nəticədə hər şey dağılıb məhv olur. Bu sosial və ya təbii fəlakətdən sağ qurtaranlar şəri məhv edə bilmir. Çünki bu şər onun təbiətindədir…”
Araşdırmalarımız göstərir ki, Kəmaləddin Heydərovun xidmətləri, onun vətənə, dövlətə olan sevgisi, səmimiliyi, insanlara olan qayğısı onu bir addım da irəli aparıb. Elə Akademik İvan Pavloviç də qeyd edirdi ki, Kəmaləddin Heydərovun sədaqəti Heydər Əliyevi də sevindirirdi və o, inanırdı ki, onun işgüzarlığı, insanlara olan səmimi qayğıları və mehribanlığı… heç vaxt onu darda qoymaz. Nəticə isə göz qabağında idi. 2006-cı ilin felvral ayında İlham Əliyev ona daha böyük və məsul bir vəzifə tapşırdı, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri təyin edildi. İndi o ildən 13 il ötür. O, indi general-polkovnikdir. İnad, sarsılmazlıq, öz saf niyyətlərini həyata keçirmək təbiətin vergisi olsa da xarakter üçün çox əlamətdardır.
İki cür könül xoşbəxtliyi var: 1. Ruhi sakitlik və ya taledən razılıq. 2. Həmişə şən ürək. Birincisi insanın özündə heç bir günah hiss etməməsi nəticəsində olur, ikincisi isə təbiətin bəxşişdir.
Bakı – Moskva təyyarəsində isə hamı bizim söhbətlərə qulaq asır, Akademik, kəşfiyyat generalı Petruşun fikirlərini saf-çürük edirdilər.
Onun: -Kəmaləddin Heydərovun yaxşı, təmiz və saf ailəsi var, -deyib mənə baxır və sonra bələdçi qızdan xahiş etdi ki, onun çayını dəyişsinlər…
Sonra izah etdi ki, general-polkovnik baş verən fəlakətlər zamanı ölkə başçısının necə yanında olur… Onu darıxmağa, çox düşünməyə qoymur və dərhal əməli işə keçir. Zəlzələdən dağılmış yüzlərlə evin tikilməsi, yenidən qurulması… su altında qalan bağların, dirriklərin yenidən bərpası onun vətənə olan övladlıq borcudur. Hərdən düşünürəm: – Ondan narazı olan varmı?
***
General-polkovnik Kəmaləddin Heydərov həm də Azərbaycanın parçalanıb, dağılmasının qarşısını alan ictimai-siyasi xadimlərdəndir. Cənub və Şimal bölgələrində apardığı işlər çoxdur və gördüyü xeyirxah işlərin mayasında Bütöv Azərbaycan dayanır. Onun Azərbaycan Prezidenti İlham Əliyevə, onun ailəsinə əyilməz və heç zaman pozulmaz bir andı var: Sədaqət andı. Bu and həmişə yanır, həmişə döyünür. Və onu heç vaxt məğlub etmək olmaz. Fikrimcə, şər asan başa gəlir, ancaq o rəngarəngdir, müxtəlifdir. Xeyir isə həmişə bir cür olur. İnsan qorxaqlıqlarla əhatə olunanda özünü tənha hiss edir… Bizim qurduğumuz cəmiyyət qorxaqlar cəmiyyəti deyil. O quranların, bağ-bağat salanların, xeyirxah insanların cəmiyyətidir…
***
Təyyarəmiz Vunukova Moskva Hava Limanında yerə endi. Akademik, kəşfiyyat generalı, yaşı səksənə doğru gedən İvan Pavloviçin bir müddət əlini ovcumda saxladım və sonra yavaş-yavaş ondan ayrıldım. Ayrılarkən dedi ki, gələn bahar Naxçıvana – Çeşməbazara gələcək…

Rövşən Novruzoğlu,
Politoloq, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert

Hamısını Göstər

Related Articles

Back to top button