Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 2025-ci ilin ilk “Angelus” duası zamanı qlobal münaqişə zonalarında sülh çağırışı edib.

AZƏRTAC xəbər verir ki, Müqəddəs Pyotr meydanına toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən pontifik müharibə zonalarında diplomatik səylər göstərərək dialoq və danışıqları təşviq etməklə ədalət və sülhün bərqərar olması üçün çalışanlara təşəkkürünü bildirib.

“Qardaşlar, bacılar, müharibə məhv edir. Həmişə məhv edir! Müharibə həmişə məğlubiyyətdir. Sülh üçün mübarizə aparın. Hər bir canlının qayğısına qalaq”, – deyə Fransisk vurğulayıb.

Roma Papası xristian ənənələrinə malik ölkələrin liderlərini ən kasıb dövlətlərin borclarını mümkün qədər silmək və ya azaltmaqla yaxşı nümunə olmağa çağırıb.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button