Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi – YENİLƏNDİ

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Polise.az xəbər verir ki, illik məlumat parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iclası açaraq illik məlumat barədə bəzi nüansları diqqətə çatdırıb.
Daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov illik məlumat barədə məruzə ilə çıxış edib.
Məruzədən sonra müzakirələr başlayıb, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai birlik sədrləri, deputatlar rəylərini və təkliflərini səsləndiriblər.
Sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq plenar iclasa tövsiyə olunub.
Qeyd edək ki, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.
10:00
BAKI, 13 may. TELEQRAF
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir.

Polise.az