Partiya sədrinin 18 yaşlı nəvəsi hansı səbəbdən ölüb?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə APA-ya ailəsindən xəbər verilib.
Məlumata görə, partiya sədrinin nəvəsi Müşfiq Mirmehdi oğlu Fəttayev bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.
Polise.az



