Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın 20 Yanvar faciəsi ilə bağlı 28 il əvvəl etdiyi etiraf yenidən gündəmə gəlib.
“Qafqazinfo” “Modern.az”a istinadən xəbər verir ki, həmin etiraf Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar buraxılan “Molorak” qəzetində çap olunmuşdu.
11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bildirmişdi.
O qeyd edib ki, söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə bu düşüncə pozğunluğu özünü daha açıq büruzə verir.
Bakıdakı faciəli 20 Yanvar barədə isə Paşinyan bunları yazmışdı:
“Bakıda həlak olanların, küçələrdə qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm. Yanvarın 20-də Bakıdakı qurbanların xatirəsini bir anlıq sükutla yad etdim”.
Polise.az



