Paşinyan 5 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir

Ermənistan ordusu ikinci Qarabağ müharibəsində 4 750 hərbçisini itirib. 

Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan özünün “Facebook” hesabından yazıb.

“İlk gündən həqiqi ölümləri gizlətmək üçün biabırçı və kədərli bir proses başladı”, – deyən sabiq diplomat əməliyyatın Ermənistanda şəxsən Paşinyanın, Qarabağda isə həyat yoldaşı tərəfindən idarə olunduğunu bildirib.

O, Gorus, Sisiyan, Vanadzor, Gümrü, Eçmiədzin və İrəvan morqlarında yer olmadığını da deyib.

“Və bu Ermənistanda XXI əsrdə – heç nəyi gizli saxlamağın mümkünsüz olduğu hesab olunduğu dövrdə baş verir. Məlum oldu ki, ölən oğlanların cəsədləri saatlarla soyuducuda gizlədilə bilər, çünki Nikol və Annaya gündə ortalama 30 qurbanın adının nəşrinə icazə verilib. Müharibə qurbanlarının son sayı isə hələ bəlli deyil. Əslində var, amma yayımlanmayıb. Fakt budur ki, beş gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi Nikola bu an üçün itkilərin siyahısını təqdim edib”.

Onun sözlərinə görə, təqdim olunan siyahıda 1100 itkin düşmüş erməni hərbçisinin adı da var.

“Ermənistanın Baş nazirinə məruzə edilən 4750 təsdiqlənmiş ölüm. Bu, rəqəm deyil. Bu bir nəsildir, bu bir şəhərdir, bu böyük bir ordudur. Bu dəhşətin məsuliyyəti o qədər böyükdür ki, müharibənin son həftələrində ölənlərin adları dərc olunmadı, dəfndə havaya atəş açmağa icazə verilmədi. Bu reallıqdır”, – deyə o, sözlərini yekunlaşdırarkən bildirib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button