Paşinyan ABŞ qarşısında öhdəlik götürüb – İDDİA

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Moskvada keçirilən görüşdə 2025-ci il yanvarın 1-dən İranla sərhəddə Rusiya sərhədçiləri ilə yanaşı, Ermənistan sərhədçilərinin olacağı barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, erməni politoloq Suren Surenyants bu razılaşma ilə bağlı yazıb.

“Artıq bir aydır ki, bütün ictimai çıxışlarımda bu barədə danışıram. Mənim sözlərim nəinki təkzib edilmədi, hətta rəsmi təsdiqini tapdı. Nikol Paşinyan Rusiya qoşunlarının Ermənistan-İran sərhədindən tez bir zamanda çıxarılmasına nail olmaq üçün ABŞ qarşısında öhdəlik götürüb.

Moskvanın təhlükəsizlik boşluğu yaratmaqda hansı mülahizələri rəhbər tutduğunu zaman göstərəcək. Düzünü desəm, Paşinyanın da nəyə ümid etdiyini bilmirəm. Yəqin ki, yaxın günlərdə hökumətyönlü təbliğat maşını bunu “suverenliyin” növbəti “qələbəsi” kimi təqdim edəcək. Bütün bunların sonunu proqnozlaşdırmaq mümkündür: növbəti eskalasiya, bizi tək buraxdıqları üçün ruslara giley-güzar, Qərbdən mənəvi dəstək mətnləri”, – deyə Surenyants qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button