Paşinyan erməniləri məyus etdi: “Ordumuz qarşısına əraziləri zəbt etmək vəzifəsi qoymur”
Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərinə Yeni il və Milad bayramı münasibətilə təbrik müraciətində ölkədə peşəkar ordu yaradılmasının zəruriliyini bildirib.
“Vurğulamaq istəyirəm ki, siyasi baxımdan ordumuz qarşısına əraziləri zəbt etmək vəzifəsi qoymur, onun vəzifəsi ölkəmizin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqdır”, – N.Paşinyan bildirib.
Baş nazir regional kommunikasiyaların açılması, eləcə də Azərbaycanla sərhədin delimitasiyası barədə də danışıb: “Hökumətin bütün addımları dirçəliş və dinc gələcəyə hesablanıb. Regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri – düzdür, çoxlu risklər var, amma eyni zamanda imkanlar da açılır və bizim siyasətimiz risklərin idarə olunmasına və neytrallaşdırılmasına, eləcə də mövcud imkanlardan istifadəyə yönəlib”.