Paşinyan: Ermənistan Konstitusiya Məhkəməsi sülh sazişini təsdiqləməsə…

“Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişikliklərin təşəbbüskarı şəxsən mən olacağam”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq “İrəvan Dialoqu” forumunda çıxışı zamanı deyib.

“Azərbaycan sazişin imzalanmasını rəsmi olaraq iki məsələ ilə əlaqələndirir, birincisi, ATƏT-in Minsk strukturlarının buraxılmasıdır və bu gündəm bizim üçün məqbuldur və irəliləməyə hazırıq”, – baş naziri qeyd edib.

Nikol Paşinyan ikinci məsələnin Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı olduğunu qeyd edib:

“Müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam, çünki hesab edirəm ki, sülh sazişini bağlamaq fürsətini əldən vermək olmaz”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button