Paşinyan Ermənistanda prezident seçkilərinin vaxtını açıqladı

Ermənistanda prezident seçkiləri martda keçiriləcək.

Bunu baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.

“Ümid edirəm ki, martda keçiriləcək seçkilərə qədər siz yüksək texnologiyalar sənayesi nazirinin vəzifələrini tam yerinə yetirəcəksiniz və bu müddət ərzində biz səmərəli işləyəcəyik”, – Nikol Paşinyan prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryana müraciət edərək deyib.

Baş nazir bildirib ki, Xaçatryanın namizədliyini parlamentin 65 deputatı irəli sürüb və bu, hakimiyyətdən gələn namizədin prezident seçiləcəyinə inam yaradır.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb.

Hazırda onun səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.

Hamısını Göstər

Related Articles

Back to top button