Paşinyan komandasının diplomatik iflası: ABŞ və Avropaya qapılar bağlanır

Qərbin layihəsi kimi tanınan Paşinyan hökuməti ABŞ və Avropada baş verən siyasi dəyişikliklər qarşısında çıxılmaz duruma düşüb. Trampın seçki qələbəsi rəsmi İrəvan üçün soyuq duş effekti yaratdı. Ekspertlərin ardıcıl xəbərdarlıqlarına baxmayaraq, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə bütün seçki kampaniyası ərzində ABŞ Respublikaçılar Partiyası ilə heç vaxt ciddi əlaqə yaratmadı.

Ancaq Ermənistanın hakim elitası, ona xidmət edən ekspert dairələri və “qrant yeyənlər” nəfəslərini tutub Harrisin qələbəsini gözləyirdilər. Bu komanda Gürcüstan seçkilərindən sonra da dərs götürmədi. Nəticədə Ermənistanın indiki hakimiyyətinin qərbyönlü deyil, anti-Rusiya siyasəti iflasa uğrayıb.

Tramp seçiminin problemləri

İndi Ermənistan hakimiyyəti təcili olaraq Donald Tramp administrasiyası ilə yeni əlaqələr qurmaq zərurəti ilə üzləşib. Amma Paşinyanın xarici siyasətlə məşğul olan kadrlarının yeni situasiyaya tez uyğunlaşa biləcəyi inandırıcı görünmür.
Ermənistan hakimiyyətinin ABŞ-ın yeni prezident administrasiyası ilə təmaslar qurması Trampın iki münaqişə – Ukrayna və Yaxın Şərq məsələsində mövqeyindən çox asılıdır. Bu durumu yalnız demokratlara arxalanan Paşinyan komandasının yanlış siyasəti bir qədər də ağırlaşdırır. ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi az-çox məlumdursa, yəni mövcud status-kvonu saxlamaqdan danışırıqsa, o zaman Trampın Yaxın Şərqdəki siyasətinin necə olacağı sualı açıq qalır.

Putinin qəzəbli geridönüşü

Ukrayna savaşı ilə birgə Türkiyə və Azərbaycanın Rusiya üçün logistik əhəmiyyəti xeyli artıb. Çünki iki qardaş türk cümhuriyyəti Rusiyanın Qərb sanksiyalarının bir qisminin keçdiyi və yan keçdiyi ölkələrdir. Ukrayna müharibəsinin aktiv fazası başa çatarsa, təbii ki, regionda Rusiyanın siyasətində müəyyən dəyişiklik olacaq. Ən azından Türkiyənin Rusiya siyasətindəki əhəmiyyəti zəifləyəcək və artıq bəzi bəyanatlarda bunun işartıları sezilir. Ukrayna müharibəsinin dayandırılması Rusiyanın bölgəmizdə fəaliyyətini gücləndirəcək. Kremlin Şərqi Avropadakı proseslərdə iştirakının zəifləməsi ilə Cənubi Qafqaz yenidən Rusiya siyasətinin prioritetinə çevriləcək.

İsrailə qarşı olmağın bədəli

Yaxın Şərq faktoruna gəldikdə isə Respublikaçılar Partiyasının prezident komandasına ənənəvi olaraq bir çox israilyönlü sima daxildir, lakin Trampın müharibələrə son qoymaq mesajı yeni administrasiyanın İranla birbaşa qarşıdurmadan qaçacağını nəzərdə tutur. Bütün bu məqamlar isə rəsmi İrəvanın əleyhinə işləməkdədir. Belə ki, üzünü Cənubi Qafqaza çevirən Putin Paşinyanın “Soros uşağı” kimi antirus mövqeyini unutmuş deyil və gələcək diqqətdə bu yaddaş özünü göstərəcək. Digər tərəfdən Ermənistan cəmiyyətinin və hakimiyyətinin İsrailə qarşı açıq düşmənçilik siyasəti Tramp administrasiyası ilə də asanlıqla isti münasibətlərin qurulmayacağını düşünməyə əsas verir.

İrəvan Avropa üçün də maraqlı deyil

Bütün bunların fonunda rəsmi İrəvan üçün Avropada da ümidli prespektiv görünmür. Avropanın öz “problemləri” var və onun hər hansı yeni kommunikasiya kanalları ilə məşğul olmağa vaxtı yoxdur. Ermənistan səylərini cəmləşdirməyin daha məqsədəuyğun olduğu iqtisadi sektoru dəqiq müəyyənləşdirməlidir, yalnız bundan sonra o, Avropa İttifaqı və ABŞ ilə səmərəli əməkdaşlığa ümid edə bilər. Müasir dövrün yaratdığı çağırışlara cavab verən istənilən ölkə öz cavablarını axtarmalıdır. Hələlik Ermənistan haqqında demək olmaz ki, o, öz yolunu tapıb. Ölkənin hansı istiqamətdə inkişaf edə biləcəyini dəqiq müəyyən etmədən, üz tutulacaq ünvanın Avropa Birliyi, Amerika olacağını təyin etmək olmaz. Bu günkü iqtisadi-siyasi xəritəyə baxdıqda Ermənistanın nəqliyyat axınları, nəyə sahib olduğu və qonşularına nə verə biləcəyi ilə bağlı müsbət rəy yoxdur. Yeni əlaqələrin qurulması, yeni logistika, marşrutların müəyyənləşdirilməsi vaxt və xərc tələb edir ki, bu günkü halda Ermənistanın bu gücü yoxdur. Məhz bu səbəbdən Paşinyanın Qərblə əlaqələri bu qədər genişləndirməsinə müqabil indiyə qədər nə Qərb tədarükçülərini, nə də alıcıları erməni bazarında görünmür. İqtisadiyyatının 75 faizi Rusiyadan asılı olan Ermənistanın Qərbə nəysə vəd edəcəyi absurddur.

Ermənistanın qarşı tərəfi təmin edəcək resurs bazası və iqtisadi-texniki təklifləri olmadığına görə, Avropa İttifaqı ilə dost olmasını düşünmək yanlışdır. Eyni zamanda bütün bu mənzərəyə Avropanın Azərbaycanı həm loqistik, həm də enerji təhlükəsizliyi baxımdan mühüm tərəfdaş rolunda görməsi fonunda baxmaq lazımdır. Avropa Ermənistandan gələn mifik və ya o qədər də hiss olunmayan əmtəə axınından daha çox Bakıdan gələn qazla maraqlanır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button