Paşinyan növbədənkənar seçkilərə gedir – Tarix açıqlanacaq
“Bu gün-sabah erkən seçkilərin tarixi açıqlanacaq”.
Ermənistan KİV-ə istinadən xəbər verilir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Romanos Petrosyan danışıb.
“Hakimiyyət bu barədə düşünür. Yəqin ki, bu gün-sabah erkən seçkilərin tarixi açıqlanacaq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı dəqiq tarix elan olunacaq”, – deyə nazir bəyan edib.