Paşinyan Putindən orden alan KQB agentinin həbsinə göstəriş verdi

Hüquq-mühafizə orqanlarına erməni kilsəsinin “Rusiya və Yeni Naxçıvan” yeparxiyasının rəhbəri arxiyepiskop Yezras Nersisyanı Ermənistana daxil olduğu anda saxlamaq barədə göstəriş verilib.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, məsələ onun gəlişinə qədər gözləmə rejimində saxlanılır. Rəsmi qurumlar hələlik bu məlumatla bağlı açıq şərh verməyiblər.

“Joqovurd”un mənbələrinə görə, məhz bu səbəbdən Yezras uzun müddətdir Ermənistana gəlmir:

“Katolikos II Qaregin də Baş nazir Nikol Paşinyanın mümkün göstərişindən xəbərdardırlar və bunu hakimiyyət-kilsə münasibətlərinin gərginləşməsi fonunda kilsə dairələrinə qarşı növbəti təzyiq təzahürü kimi qiymətləndirirlər”.

Xatırladaq ki, Nikol Paşinyan dəfələrlə II Qareginin kiçik qardaşı Yezras Nersisyan barədə açıq bəyanatla çıxış edərək, onun KQB (Rusiya) agenti olduğunu bildirib. Hazırda katolikosun digər qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyan da həbsdədir.

Yezras Nersisyan bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən dövlət ordeni ilə mükafatlandırılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button