Paşinyan Putinlə görüş üçün özünü təcrid etdi
Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.
Bunu N.Paşinyanın mətbuat katibi Mane Gevorkyan “RİA Novosti”yə açıqlamasında deyib.
“Aprelin 7-də Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşlə əlaqədar Nikol Paşinyan bu gündən özünütəcrid şəraitində işləyir”, – deyə M.Gevorkyan qeyd edib.