Paşinyan “Qarabağ hərəkatı”ndan imtina etdi

“Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində dünənki çıxışında “Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olur” deyərkən ölkəsinin üzləşə biləcəyi təhlükəyə işarə edib. “Qarabağ hərəkatı davam etməməlidir” deyən Paşinyan parlamentdəki müxalifət təmsilçlərindən fərqli olaraq anlayır ki, bu “hərəkatın” davamı Azərbaycanla sülhə əsas əngəllərdən biridir”.

Musavat.com xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu sosial şəbəkədə qeyd edib.

Politoloq bildirib ki, sülh sazişi ilə “Qarabağ hərəkatı” bir araya sığmır:

“Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra qonşu ölkədə “Qarabağ hərəkatı” fəaliyyətini davam etdirərsə, bu, həmin sənədin əhəmiyyətsiz olacağına dəlalət edəcək. Belə çıxacaq ki, Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, digər tərəfdən qonşu dövlətdə ölkəmizin ərazisinə iddia edən “hərəkat” fəaliyyətini davam etdirəcək. Bu, qarşıdurmanın davamı demək olacaq. Bunu anlayan və Azərbaycanla yeni müharibədən qorxan Paşinyan “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button