Paşinyan: “Qarabağla bağlı bəyanatdan imtina Ermənistan üçün fəlakətə səbəb olacaq”

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanatdan imtina fəlakətə səbəb olacaq. 

İnterfaks xəbər verir ki, Paşinyan bununla bağlı Araqasotn bölgəsinin sakinləri ilə görüşü zamanı danışıb:

“Məni satqınlıqda (müxalifət) ittiham edirlər. Bu xəyanət necə təzahür edilir? Bizi həm də əraziləri verməkdə ittiham edirlər. Biz bacardığımız qədər dayandıq. Və lazım olan vaxtda bəyanatı imzalamaqla bağlı qərar qəbul etdik. Əks təqdirdə bu, fəlakətə səbəb olacaq”.

“İndi deyirlər ki, satqın hakimiyyət istefa verməlidir. Bəs müxalifət imzaladığımız sənəddən imtina edəcək? Deyirlər ki, yox. Əgər biz o sənədi cırsaq, bu, Ermənistan üçün fəlakətə səbəb olacaq”, – deyə Paşinyan bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button