Paşinyan Sarksiyanı Qarabağı Azərbaycana qaytarmaq cəhdində ittiham etdi
Ermənistanda siyasi qüvvələr arasında gərginlik və qarşılıqlı ittihamlar davam edir. Sabiq prezident Serj Sarksiyan Qarabağ münaqişəsinin tənzimlənməsi üçün onun hakimiyyəti zamandakı danışıqlarla bağlı indiki Baş nazir Nikol Paşinyanın ittihamlarına cavab verib.
Erməni mətbuatına istinadən bildirir ki, Sarksiyanın ofisi Qarabağ münaqişəsindən hakimiyyətdə qalmaq üçün istifadə edilməsinə dair Paşinyanın “Əvvəlki hakimiyyətlər Dağlıq Qarabağı Azərbaycanın tərkibinə mərhələli şəkildə qaytarmaq məqsədilə danışıqlar aparırdılar” ittihamları ilə razılaşmadıqlarını bildirib.
“Baş nazir postunu tutan kapitulyant Minsk qrupunun 2018-ci ilə qədər Ermənistan hakimiyyəti ilə apardığı danışıqları heçə endirdi”,-deyə Sarksiyanın ofisi Paşinyana etiraz edib.
Qeyd olunub ki, indiki hökumətin yarasız və populist hərəkətləri Madrid prinsiplərini də gündəmdən çıxarıb, Vyana, Sankt-Peterburq və Cenevrədə əldə edilən razılaşmaların üzərindən xətt çəkib.