Paşinyan: “Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı bildirib ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı əraziləri qaytarmağı təklif edib.

“İlk prezidentin mənə 2018-ci ilin iyulundakı görüşümüzdə söylədikləri barədə sirri açacam. Sitat gətirirəm: “Torpaqları artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda ilk prezidentin həmin gün formalaşan təsəvvürləri bu çərçivədən kənara çıxmadı, qalan hər şey isə qiymətləndirmə məsələsidir”, – deyə N.Paşinyan bildirib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button