Paşinyan türk həmkarı ilə anlaşdı: Buna qarşılıqlı hazırıq
“Ermənistan və Qırğızıstan arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan qırğız həmkarı Uluqbek Maripovla görüşündə deyib.
Həmsöhbət ikitərəfli və çoxtərəfli formatda Ermənistan-Qırğızıstan münasibətlərini dərinləşdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.
Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri hökumət başçılarının görüşünün keçirildiyi Almatı şəhərinə işgüzar səfərə gedib. Görüşdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumət başçıları iştirak edəcəklər.



