Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi – YENİLƏNDİ

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin Baş naziri təyin edib.

Polise.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilib.

Sənəddə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsinə əsasən Nikol Paşinyan Baş nazir vəzifəsinə təyin edilib.

***

14:19

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyası Baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb.

Polise.az xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda bildirilib.

Məlumata görə, Milli Məclisdə parlament çoxluğunu təşkil edən “Vətəndaş Müqaviləsi” Partiyası Ermənistan Konstitusiyasının 149-cu maddəsini rəhbər tutaraq Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri sənədlər paketini prezident Vaaqn Xaçaturyana təqdim edib.

Qeyd olunub ki, sənədlər Konstitusiyada nəzərdə tutulan Baş nazirin təyin edilməsi prosedurunun təmin olunması məqsədilə təqdim edilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button