Paşinyanın əlində ciddi faktlar var

Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin arasında qarşıdurma açıq və sərt xarakter alıb. Bəlli olduğu kimi, Ermənistanda kilsənin siyasi proseslərə ciddi təsir imkanları var. Hazırkı qarşıdurma II Qareginin kilsə rəhbəri postundan getməsi, daha geniş mənada götürsək, ümumən kilsənin siyasətdən uzaqlaşdırılması, belə demək mümkünsə, Ermənistan dövlətinin daha da dünyəviləşməsi ilə nəticələnə bilərmi? Yoxsa əks proseslərin – II Qareginin Paşinyanı zəiflətməsi, yaxud devirməsi, kilsənin siyasətdə iştirakının güclənməsi, Ermənistan dövlətinin sekulyarlıqdan bir az da uzaqlaşması daha gözləniləndir? Necə deyərlər, Paşinyan, yoxsa kilsə?..

Paşinyan, yoxsa kilsə?.. – <span style=color:red>ŞƏRH

Politoloq Oqtay Qasımov Medianews.az-a açıqlamasında bildirib ki, əslində kilsə ilə Nikol Paşinyan arasındakı münasibətlərin sərinliyi Paşinyan hakimiyyətə gələn gündən başlayıb: “Kilsə mühafizəkardır və Paşinyanı liberal dəyərlərin daşıyıcısı kimi qəbul etməkdə çətinlik çəkir. Bundan başqa nəzərə alaq ki, erməni kilsəsi əsasən Rusiyaya bağlıdır, Rusiyanın təsiri altındadır. Erməni katolikoslarının, keşişlərinin əhəmiyyətli hissəsi məhz Rusiya kəşfiyyatının adamıdır. Paşinyanla kilsə arasında elə ilk dönəmdən soyuqluğun olması həm də bununla əlaqəlidir. Həmin soyuqluq 2020-ci ilin 44 günlük savaşından və 2023-cü ilin bir günlük antiterror əməliyyatından sonra daha kəskin xarakter alıb. Erməni kilsəsi tarixən həmişə erməni faşizminin, nasizminin və ultra millətçi düşüncənin mərkəzi olub. Kilsə torpaq işğalının həm ideoloji, həm də planlaşdırıcı mərkəzi rolunu oynayıb. Erməni cəmiyyəti üzərində kilsənin ciddi təsiri var. Bundan başqa, kilsə kifayət qədər maddi resursa malikdir. Ötən ilin may ayından, keşiş Baqratın başçılığı ilə etirazlar başlanandan kilsə ilə Paşinyan arasında mübarizə açıq müstəviyə keçib. Amma keşiş Baqratın etiraz hərəkatı bir nəticə vermədi”.

Paşinyan, yoxsa kilsə?.. – <span style=color:red>ŞƏRH

Politoloq xatırladıb ki, bir il sonra Ermənistanda parlament seçkiləri keçiriləcək: “Diaspor və kilsə revanşist qüvvələrlə birləşib seçkiyə qədər Paşinyana impiçment elan etmək, onu hakimiyyətdən devirmək yolunu axtarır. İki hədəfləri var: ya seçki, ya da impiçment yolu ilə Paşinyanı devirmək. Paşinyan isə faktiki olaraq siyasi müxalifəti ciddi şəkildə marginallaşdırıb. Müxaliflərin erməni cəmiyyəti arasında ciddi dəstəyi yoxdur. Diaspor ilə də bu və ya digər formada, əsasən diaspor nümayəndələrinin yaşadığı ölkələrin rəhbərlərinin vasitəsilə dil tapa bilər. Fikrimcə, hazırda Paşinyan üçün kilsə – əsas problemdir. Təhlükəli bir qüvvə kimi qalan məhz kilsədir.

Paşinyan, yoxsa kilsə?.. – <span style=color:red>ŞƏRH

Düşünürəm ki, Paşinyanda kilsə ilə bağlı ciddi kompromatlar var. O, seçkilərə qədər kilsəni neytrallaşdırmaq, siyasi proseslərdən kənarlaşdırmaq məqsədilə açıq mübarizəyə girib. Yəni Paşinyanın kilsəyə savaş açması da qarşıdan gələn seçkilərlə bağlıdır. Baş nazirin öz istəklərini həyata keçirməyə müəyyən qədər imkanı, resursu var. Doğrudur, erməni kilsəsi çoxdan oturuşmuş bir strukturdur. Eyni zamanda xüsusilə Rusiya kəşfiyyatı ilə əlaqəsi onun gücünü qorumasına kömək edir. Amma Paşinyan kilsəni siyasi proseslərdən heç olmasa müəyyən qədər kənar saxlamağa, mümkün qədər neytrallaşdırmağa çalışır ki, hakimiyyətini qoruya bilsin. Hazırda kilsə müdafiə olunan tərəfdir. Yəni məcbur olub müdafiəyə keçib. Hücum edən tərəf isə Paşinyandır. Paşinyanın öz məqsədinə qismən də olsa çatma ehtimalı var. Ermənistanın baş nazirinin əlində xüsusilə katolikosu ifşa edə biləcək sübutlar var. Bu da onu gücləndirən amillərdən biridir”.\Medianews.az\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button