Paşinyanın istefasını tələb edən etirazçılar paytaxt küçələrini bağlayıblar
Səhər saatlarından etibarən müxalifət tərəfdarları “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlamağa başlayıblar.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, insanlar skamyalar və zibil qutuları ilə küçələri bağlayır. Aksiyaların keçirildiyi yerə polislər gəlir, saxlanılanlar var.
Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq N.Paşinyana qarşı etiraz aksiyaları keçirilir.
Polise.az