“Paşinyanın məqsədi məğlubiyyətə günahkar tapmaqdır” – Tofiq Zülfüqarov

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan hakimiyyətinin Minsk Qrupu sənədlərinin açıqlanması ilə bağlı qərarını şərh edib. O, bildirib ki, Paşinyan administrasiyası bu addımı özünün seçkiqabağı mövqelərini möhkəmləndirmək üçün atsa da, nəticələr gözlənilən effekti verməyib.

T.Zülfüqarov deyib ki, sənədlərin dərcindən sonra Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan danışıqlar prosesində müxtəlif məqamlardan imtina edə bilmədiklərini etiraf edən mövqedə qalıblar. Lakin Minsk Qrupunun danışıqlar prinsipi “heç nə razılaşdırılmayıbsa, deməli, heç nə razılaşdırılmayıb” – bu şəxslərə yönəlik ittihamların asanlıqla neytrallaşdırılmasına imkan yaradır. Eks-nazir qeyd edib ki, bunun nəticəsində Ermənistanda “kim günahkardır” mübahisəsinin daha da kəskinləşəcəyi gözlənilir. Onun fikrincə, Paşinyanın gizli sənədləri açıqlamaq taktikasının məqsədi məğlubiyyət və kapitulyasiya üçün “günahkar” axtarmaqdır. Bu yolla Paşinyan “dövlətqurucu ideya” kimi təqdim etdiyi “üçüncü Ermənistan Respublikası” siyasətinin tam fiaskosunu başqasının üzərinə yükləməyə çalışır.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın siyasi sağlamlaşması mümkün deyil, əgər ölkə ciddi şəkildə özünün anneksiya yönümlü siyasətini, “miatsum” layihələrini, “ndjeizm” ideologiyasını və digər ekspansionist yanaşmalarını siyasi müstəvidə qınamasa.

Keçmiş nazir hesab edir ki, Ermənistan regionda uzunmüddətli və davamlı sülh əldə etmək istəyirsə, ilk növbədə qonşu ölkələrdən rəsmi şəkildə üzr istəməli, onların torpaqlarına qarşı aparılan təcavüzkar siyasəti açıq şəkildə pisləməlidir. Bu, baş vermədikcə Ermənistanın gələcəyində sabitlik və sülh gözləmək çətindir./Azpolitika/

Polise.az 

 

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button