Paşinyanın təklifi: Rusiya dərhal hərəkətə keçdi

Nikol Paşinyanın Minsk Qrupundan olan beynəlxalq müşahidəçilərin Azərbaycanla sərhədə yerləşdirilməsini təklif etməsi Rusiyanı aktiv fəaliyyətə keçməyə məcbur edib.

Bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Rusiya tərəfi Ermənistana digər ölkələrdən sülhməramlıların yerləşəcəyindən narahatdır. Təsadüfi deyil ki, Ayvazyanın istefası müdafiə naziri Vaqarşak Arutyunyanın Moskvaya səfərindən sonra baş tutdu. Hələlik Arutyunyanın Moskvada hansı tapşırıqlar aldığı bəlli deyil, amma son günlər Geqarkunik sərhədində rusiyalı sülhməramlılar müşahidə edilir”, – deyə o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button