Paytaxt sakininin telefonunu açıq talama yolu aparan şəxs saxlanıldı

Nəsimi RPİ 21-ci Polis Bölməsinə mayın 6-da rayon ərazisində bir nəfərin paytaxt sakini İ.Əhmədovun mobil telefonunu açıq talama yolu aparması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılmışdır.

O.Abdullayev ətrafında aparılan tədbirlərlə onun mayın 5-də daha bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button