Pentaqon Ukrayna Silahlı Qüvvələrinin qışda döyüş əməliyyatları aparmaq qabiliyyətini qiymətləndirib
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukrayna qarşıdakı qışda döyüş əməliyyatları keçirmək üçün bütün lazımi resurslara malikdir.
Polise.az RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə o, Ukraynaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynada uğur qazanmaq və qışda mübarizə aparmaq üçün bütün imkanlar var.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin noyabrın 20-də Ukraynaya işgüzar səfərə gəlib. Pentaqon bildirib ki, o, xarici həmkarları ilə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq və Kiyevə yeni hərbi yardım tədbirləri məsələlərini müzakirə etmək niyyətindədir.
Polise.az
Lloyd Ostinin sözlərinə görə, ABŞ və müttəfiqləri Ukraynanı dəstəkləməkdə, onun döyüş meydanında ehtiyaclarını təmin etməkdə, eləcə də ölkənin müdafiəsinə sərmayə qoymaqda davam edəcəklər.