Perenciyev: “Rəsmi İrəvan ərazilərin ən azı bir hissəsini geri qaytarmağa çalışacaq”
Ermənistan öz revanşist məqsədlərindən əl çəkmir. Rəsmi İrəvan son 30 ildə işğal altında saxladığı ərazilərin ən azı bir hissəsini geri qaytarmağa çalışacaq”.
Bu fikirləri politoloq Aleksandr Perenciyev bildirib. Onun sözlərinə görə, “Dövlətlərarası sərhəd yoxdur. Ermənistan tərəfi ilk növbədə cəbhə rejimini qorumaq və Azərbaycanla Ermənistan arasında tanınmış sərhədin mühafizəsi rejiminə keçidi gecikdirmək məqsədi ilə Azərbaycan tərəfi ilə silahlı atışmalara rəvac verir.
Politoloq erməni təxribatlarını şərh edərkən, bütün bunların 30 il əvvəl mövcud olan Azərbaycan SSR və Ermənistan SSR arasında keçmiş inzibati sərhəd zonasında baş verdiyini vurğulayıb.