Peskov: Bir sıra ölkələr əvvəlki kimi, Qarabağ ilə bağlı sabitliyi pozmağa çalışırlar

Bir sıra ölkələr əvvəlki kimi, Qarabağ ilə bağlı sabitliyi pozmağa çalışırlar.

Polise.az  xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində “Moskva. Kreml. Putin” proqramına müsahibəsində bildirib.

O qeyd edib ki, Qərb ölkələri Cənubi Qafqazda Rusiya əleyhinə mübarizə aparır. Təxminən, bəlkə də 3, 4, 5 il əvvəl bu mübarizə diplomatik maskalar altında aparılırdı. İndi isə həmin maskalar çoxdan atılıb və mübarizə açıq şəkildə, niyyətlər gizlədilmədən aparılır.

“Həqiqətən, bir sıra ölkələr əvvəlki kimi Qarabağ ilə bağlı sabitliyi pozmağa çalışırlar. Bu da yeri gəlmişkən, onunla nəticələndi ki, Azərbaycan tərəfi həmin ölkələrin hər hansı vasitəçilik roluna iddia etməsinin mümkünlüyünün bundan sonra çətin ola biləcəyini rəsmi şəkildə bəyan etdi. Çünki onlar artıq bu məsələdə birtərəfli mövqe tutublar. Əlbəttə, bu cür birtərəfli mövqe tutmaqla, bundan sonra nəyəsə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir”, – deyə D.Peskov bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyadan başqa heç bir ölkə regionun qarantı rolunu oynaya bilməz.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button