Peskov: Putin və Trampın görüş yeri barədə danışmaq hələ tezdir

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında mümkün görüşün yeri haqqında danışmaq hələ tezdir, çünki bu tədbirə hazırlıq getmir.

Polise.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müxtəlif ölkələrin, xüsusilə Serbiya və İsveçrənin Rusiya və ABŞ prezidentlərinin görüşü üçün platforma təklif etməsinə münasibət bildirərkən jurnalistlərə deyib.

“Bir çox ölkələr təmas üçün platformalarını yalnız hipotetik şəkildə təklif edirlər, lakin bu barədə danışmaq hələ tezdir, hələ heç bir hazırlıq yoxdur”, – o bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, hazırda “belə təmasların çox zəruri və məqsədəuyğun olması barədə bəyan edilmiş anlayış və siyasi iradə var”.

“Bundan sonrasına Vaşinqtonda administrasiya dəyişikliyindən sonra baxacağıq”, – Peskov əlavə edib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button