Peter Siyarto: ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları yanacağın bahalaşmasına səbəb olur

ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları Mərkəzi Avropa üçün ciddi enerji problemləri yaradır və yanacağın qiymətini artırır.

Polise.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Nazir bildirib ki, Macarıstan bunu tərəfdaşları ilə müzakirə edəcək. “Bu yeni sanksiyalar paketi Mərkəzi Avropa üçün ciddi çağırışdır, çünki sanksiyalar siyahısına Serbiyaya neft tədarükündə əsas rol oynayan şirkət də daxildir”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, bu sanksiyalar neft və qaz tədarükünün azalmasına gətirib çıxarır və Mərkəzi Avropada yanacağın qiymətlərində ciddi artıma səbəb ola bilər. “Buna görə də, biz önümüzdəki günlərdə və həftələrdə enerji sanksiyalarının macar xalqını və Mərkəzi Avropa iqtisadiyyatını qorumaq üçün yanacaq qiymətlərinin artmasına təsirini minimuma endirmək üçün regional tərəfdaşlarımızla yaxından məsləhətləşəcəyik.

Biz bilirik ki, yanacağın qiymətinin artması ölkələrə mənfi təsir edir, insanların həyatını çətinləşdirir və xərclərini artırır, həm də ümumi iqtisadi göstəricilərə mənfi təsir göstərir. Biz bunun qarşısını almaq istəyirik”, – deyə nazir vurğulayıb.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button