Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verdi

İran Prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Əraqçiyə ABŞ nümayəndələri ilə danışıqlara başlamağı tapşırıb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, prezident bu barədə X-də yazıb.
“Regiondakı dost hökumətlərin ABŞ Prezidentinin danışıqlara çağırışı ilə bağlı müraciətlərini nəzərə alaraq, xarici işlər nazirimə tapşırmışam ki, uyğun şərait mövcud olduqda, təhdidlər və əsassız gözləntilərdən uzaq, ləyaqət, məntiq və məqsədəuyğunluq prinsiplərinə əsaslanaraq ədalətli və bərabərhüquqlu danışıqlar aparsın. Bu danışıqlar milli maraqlarımız çərçivəsində keçirilməlidir”, – Pezeşkian qeyd edib.
Polise.az



