Pezeşkian: Cavabımız sərt və amansız olacaq

“Müharibəyə son qoymağın yeganə yolu İsrailin İrana təcavüzünü qeyd-şərtsiz dayandırmaqdır”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Biz həmişə sülh və əmin-amanlıq üçün çalışmışıq, amma indiki şəraitdə məcburi müharibəyə son qoymağın yeganə yolu düşmənin (İsraili nəzərdə tutur – red.) təcavüzünü qeyd-şərtsiz dayandırmaq və sionist terrorçuların avantürizminə həmişəlik son qoymaq üçün yekun zəmanət təmin etməkdir. Əks halda, bizim cavabımız daha sərt və daha amansız olacaq”, – dövlət başçısı bildirib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button